“Mübarizəyə çağırırıq”- - İqbal Ağazadə

mubarizeye-cagiririq-
Oxunma sayı: 1225


“Qafqazinfo”nun məlumatına görə, başsağlığında deyilir:

“Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasında edilmiş silahlı basqın zamanı jurnalın baş redaktoru Stefan Şarbonye də olmaqla 12 nəfər həlak olub, daha dörd nəfər yaralanıb. Törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə kədərlənir, hiddətlənir və bütün dövlətləri terrorizmə qarşı qətiyyətli şəkildə mübarizə aparmağa çağırırıq.

Baş vermiş faciə ilə əlaqədar bütün Fransa xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağlamlığına qovuşmasını diləyirik.

İnanmaq istərdik ki, terorla mübarizədə ayrı-seçkiliyə yol verilmiyəcək. Millətindən, dinindən, dilindən və coğrafi mövqeyindən asılı olmayaraq bütün dövlətlər terrorla mübarizəyə qoşulacaq. Terrorun dili, dini, milləti yoxdur, bütün bəşəriyyət üçün təhlükəlidir və heç bir xalq, millət terrordan sığortalanmayıb”.