Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın növbәti hesabat seçki konfransı keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, konfransda qurumun baş katibi Elxan Məmmədov çıxış edib:
“Oyun alqı-satqısı virusdur. AFFA-da 21 dekabr 2016-cı ildә qanuna dәyişiklik edildi. Oyun alqı-satqısı cinayәt işi kimi qәbul edilәcәk. Rövnәq Abdullayevin tapşırığına әsasәn araşdırma başladıldı. İntizam Komitәsi artıq onlara ilk sanksiyaları tәtbiq edib. Lakin 2017-ci ildә UEFA-dan tez-tez xәbәrdarlıq alırıq. Әslindә şübhәli işlәr bizim tәrәfimizdәn görülmür. UEFA-nın sport radar şirkәti ilә müqavilәmiz var. Onlar dünyada baş verәn oyunların tәhlilini aparır. Sonra federasiyalara mәlumat verilir. Premyer Liqa ilә bağlı şikayәt almamışıq. Mübarizәni birgә aparmalıyıq”.
Baş katib Premyer Liqadakı komandaların sayından da danışıb: “Premyer Liqadakı komandaların sayını artırmaq istәyirik. Amma bu maddiyyata dayanır”.
Elsevər

Son xəbərlər
Son Xəbərlər