“Mucize doktor”un qəhrəmanından körpüdə evlənmə təklifi

mucize-doktorun-qehremanindan-korpude-evlenme-teklifi
Oxunma sayı: 3926

“Mucize doktor” serialında Ali Vefa obrazına həyat verən Taner Ölmez sevgilisi, aktrisa Ece Çeşmioğluna tarixi şəhərdə evlənmə təklifi edib.

“Qafqazinfo” xəbər verir ki, Ölmez romantik addımını Belçikanın Bruqqe şəhərində gerçəkləşdirib. Körpülərdən birinin üstündə edilən təklifə Çeşmioğlu “hə” cavabı verib. Onların yay aylarında nikah bağlayacağı gözlənilir.

Qeyd edək ki, hər iki tanınmış şəxs “Muhteşem yüzyıl- Kösem” serialında rol alıblar.