Ermənistanın “Eurovision – 2016” təmsilçisi İveta Muçukyanın rəsmi instaqram səhifəsi sındırılıb.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müsabiqə üzrə rəsmi fan səhifəsi məlumat yayıb.
Səhifədə qeyd olunub ki, İ. Mukuçyanın instaqram səhifəsi naməlum şəxslər tərəfindən silinib.
Qeyd edək ki, İ.Mukuçyan rəsmi səhifəsində Azərbaycan əleyhinə paylaşımlar edir, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması yönümdə PR aparırdı.
Son xəbərlər
Son Xəbərlər