Müdafiə naziri Eldar Sabiroğlunun yerinə təyinat etdi

mudafie-naziri-eldar-sabiroglunun-yerine-teyinat-etdi
Oxunma sayı: 4258


“Qafqazinfo”nun AzNews.az-a istinadən  xəbərinə görə, bununla bağlı müdafiə naziri Zakir Həsənov yeni əmr imzalayıb. 

Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində çalışan polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin edilib. 

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş sabiq deputat Eldar Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi 2013-cü ilin dekabr ayında isə o, ordu sıralarından təxris edilib.