Müdafiə naziri İzmirdə qırğız həmkarı ilə görüşdü - Foto

mudafie-naziri-izmirde-qirgiz-hemkari-ile-gorusdu
Oxunma sayı: 1581

Bu gün İzmir şəhərində müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Qırğızıstan müdafiə naziri, general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.