Son günlər Ermənistan mətbuatında 4 əsgərin ölümünün gizlədilməsi ilə bağlı məlumatlar yayılıb.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, müdafiə naziri David Tonoyan nazirliyin ölüm faktlarını gizlətdiyinə dair xəbərləri təkzib edib.
O, bildirib ki, heç kim heç nəyi gizlətməyib: “Hər hansı hadisə barədə informasiyalar həmişə bu və ya digər şəkildə yayılır. Həm də prokurorluq və istintaq orqanları bu prosesə nəzarət etdiyinə görə hər şeyi gizlətmək mümkün deyil”.
Son xəbərlər
Son Xəbərlər