Müdafiə Nazirliyi daha bir brifinq keçirdi - Yenilənib

mudafie-nazirliyi-daha-bir-brifinq-kecirdi
Oxunma sayı: 15144

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.

Nazirlik rəsmisi ordumuz tərəfindən düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verib.

***

“Lokal antiterror tədbirlərinə cəlb olunan silahlı qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir”.

Bunu  brifinqdə çıxışı zamanı Müdafiə nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki, hərbçilərimiz bütün növ təminatlarla təmin ediliblər.