Müdafiə Nazirliyi daha bir məlumatı təkzib etdi

mudafie-nazirliyi-daha-bir-melumati-tekzib-etdi
Oxunma sayı: 3288

"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə MN-dan bildirilib.