Müdafiə Nazirliyi hərbi qulluqçularla bağlı məsələyə aydınlıq gətirdi

Müdafiə Nazirliyi hərbi qulluqçularla bağlı məsələyə aydınlıq gətirdi
Oxunma sayı: 4074

Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirib.

Nazirlikdən "Qafqazinfo"ya verilən xəbərə görə, son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb: 

"Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır".


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi