Müdafiə Nazirliyi ilə bağlı bəyanat verildi

mudafie-nazirliyi-ile-bagli-beyanat-verildi
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumatına görə, təşkilat bu məsələdə Müdafiə Nazirliyini ittiham edib: “Azərbaycan Ordusunun əsgəri Eldar Novruzovun biganəlik üzündən müəmmalı şəraitdə dünyasını dəyişməsi Müdafiə Nazirliyi sistemində cinayətkar səhlənkarlığın olmasından xəbər verir. Müdafiə Nazirliyindəki bu vəziyyət ciddi narahatçılıq və narazılıq doğurur. Əsgərin müalicəsinə səhlənkar yanaşılması, vaxtında uyğun müalicə almaması, vaxtında müalicə üçün xarici ölkəyə göndərilməməsi, müalicə xərclərinin valideynlərin ixtiyarına buraxılması kimi hallar qətiyyən yolverilməzdir. Məhz bu biganəlik və səhlənkarlığın nəticəsində əsgər vəfat etmişdir və ona görə də Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən məsələyə birbaşa cavabdeh olan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.