Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı
Oxunma sayı: 6788

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

Bildirilib ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir.