Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi

Müdafiə Nazirliyi mina xəritələri barədə məlumatlara aydınlıq gətirdi
Oxunma sayı: 5317

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumatda deyilir:

“İlk növbədə qeyd edim ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır.

Eyni zamanda, bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir.

Bir də söhbət təkcə Ağdamın  minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir.

Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”.