“Anası erməni millətindən olan adamın Müdafiə Nazirliyində nə işi var?! Qarabağ savaşının ən ağır dönəmində bu adam Azərbaycan silahlı qüvvələrinə gəlmədi. Zaqafqaziya hərbi dairəsinin əməliyyat idarəsində xidmət edib. Mən bu məsələni qaldıranda onunla əlaqə saxladılar və dedi ki, bəli, mənim anam erməni olub. Onun həm Ermənistanda, həm də Rusiyanın özündə erməni qohumları var. Azərbaycan xüsusi xidmət orqanları bu məsələyə diqqət yetirməlidirlər. Biz ölkənin təhlükəsizliyini belə şəxslərə qurban verə bilmərik”.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Trend-ə bildiriblər ki, Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə uyğun olaraq yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb, müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən isə o mülki işçi vəzifəsindən azad edilib və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq etmir.
Üzeyir Cəfərovun nazirliyin təkzibinə cavabı gecikməyib. Hərbi eksper facebook səhifəsində yazıb: “Bu da deyəsən bədnam Rusiya vətəndaşı olan, əsli-nəcabəti bilinməyən Bağır Fətullayev məsələsinə döndü. Əvvəl belə bir adamın Silahlı Qüvvələr sırasında xidmət etməməsi haqqında məlumat veririsiniz, sonra da bu utanmaz çıxıb deyir ki, mən xidmət edirəm. Yetər artıq bu biabırçılıq. Qəti şəkildə xəbərdarlıq edirəm. Bir də belə ağ yalan məlumat versəniz, daha sərt və amansız faktları ictimailəşdirəcəyəm. Məndə artıq şübhələr yaranıb ki, Müdafiə Nazirliyində oturan bəzi şəxslər deyəsən həqiqətən də tamam başqa məqsədlərə xidmət edirlər. Biz müharibənin odunu-alovunu keçəndə çoxları kefdə idi. Indi biz həqiqəti söyləyəndə bəzi ağzıgöyçəklər bizi yalançı adlandırırlar. Diqqətli və ehtiyatlı olun”.
azadliq.info
Son xəbərlər
Son Xəbərlər