“Qafqazinfo”nun məlumatına görə, bu açıqlama ilə Azərbaycanın Müdafiə Nazirliyi çıxış edib.
“Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır. Bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir” deyə nazirlik bildirir.
Son xəbərlər
Son Xəbərlər