Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı - Açıqlama

Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı
Oxunma sayı: 2753

Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb.

Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edək ki, "Haşdi Şaabi" silahlı qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İrana hədəf almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi