Müdafiə Nazirliyindən itkilərlə bağlı xəbərə- - Münasibət

mudafie-nazirliyinden-itkilerle-bagli-xebere-
Oxunma sayı: 4032


“Ermənistan KİV-ləri tərəfindən yayılan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində guya diversiya törətməsi, nəticədə itki verməsi barədəki informasiyalar yalan və uydurmadır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

“Bu, ermənilərin növbəti yalanı və təxribatıdır. Azərbaycan ordusu heç bir itki verməyib. Azərbaycan ordusu vəziyyətə tam nəzaərət edir” - deyə polkovnik V.Dərgahlı bildirib. 

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bu dəqiqələrdə cəbhə bölgəsində güclü atışmanın baş verməsi barədə məlumat yatıb. Məlumatda bildirilir ki, atışma saat 17:30-da Bağanıs kəndi yaxınlığında baş verib.

Erməni tərəfi bir erməni hərbçisinin öldürüldüyünü təsdiq edir. Eyni zamanda bildirilir ki, atışmada guya bir Azərbaycan hərbçisi də həlak olub.