“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ilkin araşdırmaya görə partlamaya müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Qeyd edək ki, mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər