Müdafiə Nazirliyinin keçmiş əməkdaşı həbs edildi

mudafie-nazirliyinin-kecmis-emekdasi-hebs-edildi
Oxunma sayı: 2570


Rus mətbuatı xəbər yayıb ki, axtarışda olan Azərbaycan vətəndaşının həbsi barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Adı açıqlanmayan keçmiş nazirlik işçisi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq fəaliyyətinə görə beynəlxalq axtarışa verilmişdi. İstintaqın nəticələrinə görə 2010-cu ildə Müdafiə Nazirliyində işləyən zaman o, vəzifəsindən sui-istifadə edərək mühasibat sənədlərini saxtalaşdırıb və bununla Azərbaycan dövlətinə 125 min dollar zərər vurub. 

2011-ci ildə saxta sənədlərlə Azərbaycan –Rusiya sərhədlərini keçərək İrkutsk vilayətinin Nijeudinsk rayonunda yaşamağa başlayıb. Lakin yerli polislər onun şəxsiyyətini müəyyən edərək həbs etmək istəsələr də keçmiş hərbçi təhlükəni hiss edərək İrkutsk-Moskva aviareysi ilə Moskvaya gəlib. Lakin İrkutskdan ötürülən məlumat əsasında onu Moskvanın “Domodedovo” hava limanındakı polis əməkdaşları həbs ediblər. Hazırda faktla bağlı araşdırmalar aparılır.

AzVision.az