Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya getdi

mudafie-nazirliyinin-numayende-heyeti-moskvaya-getdi
Oxunma sayı: 1994

Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

“Qafqazinfo”ya verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.