Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi

mudafie-nazirliyinin-polkovniki-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 8216

Müdafiə Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib.

“Qafqazinfo”nun “Unikal.org”a istinadən məlumatına görə, nazirliyin Hüquq Şöbəsinin polkovniki Rövşən Rəsulzadə koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, mərhum polkovnikin bir müddət öncə verdiyi “COVID-19” testinin nəticəsi pozitiv çıxmışdı və müalicə alırdı.