Müdafiə Nazirliyinin saytındakı texniki problemlə bağlı açıqlama

mudafie-nazirliyinin-saytindaki-texniki-problemle-bagli-aciqlama
Oxunma sayı: 11655

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.

"Qafqazinfo" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Vaqif Dərgahlı AzərTac-a açıqlamasında deyib.

V. Dərgahlı bildirib ki, buna baxmayaraq mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.