“Müdafiə Nazirliyinin tabeliyində o adda hərbçi yoxdur”

mudafie-nazirliyinin-tabeliyinde-o-adda-herbci-yoxdur
Oxunma sayı: 6513

Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur: “Bütün KİV və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.