Müdafiə Nazirliyinin tibb personalının bir qismi Türkiyədən gəlir

mudafie-nazirliyinin-tibb-personalinin-bir-qismi-turkiyeden-gelir
Oxunma sayı: 1387

Azərbaycan Müdafiə Nazirliyinin tibb personalının bir qismi Türkiyənin İstanbul şəhərindən Bakıya yola salınır.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva tviterdəki hesabında bildirib.

Konsul vurğulayıb ki, Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul Xarici İşlər İdarəsi həkimlərə təşəkkürnamə təqdim edib:

“İnsanların həyatını xilas edən qəhrəmanlarımıza sonsuz təşəkkürümüzü bildiririk”.