Müdafiə Nazirliyinin yaratdığı səhifəyə rekord - Bəyənmə

mudafie-nazirliyinin-yaratdigi-sehifeye-rekord-
Oxunma sayı: 4308

Müdafiə Nazirliyinin bu gün yaradılmış feysbuk səhifəsinin izləyicilərinin sayı saniyəbəsaniyə artır.

“Qafqazinfo” xəbər verir ki, bir neçə saat ərzində səhifəni bəyənənlərin sayı 66 mini keçib. Nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/www.mod.gov.az

Qeyd edək ki, Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına feysbuk sosial şəbəkəsində xeyli sayda səhifə var. Onlardan izləyici sayı 10 min, 20 mindən çox olanlar belə mövcuddur. Bu səbəbdən nazirlik digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

Günel Hacı