Müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır

mudafie-ve-milli-tehlukesizlik-xercleri-11-artirilir
Oxunma sayı: 2597

Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 6 421 milyon manatdan 7 126,35 milyon manata çatdırılması nəzərdə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manatdan (11,0 faiz) çox artırılır.