Müddəti bitən “Asan imza” sertifikatları yenilənməlidir

muddeti-biten-asan-imza-sertifikatlari-yenilenmelidir
Oxunma sayı: 817

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə 2013-cü ilin iyun ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı fəaliyyətə başlayıb.

Qafqazinfo”ya daxil olan məlumata görə, həmin tarixdən etibarən “Asan İmza”nın tətbiqi ilə bağlı geniş məlumatlandırma və təbliğat tədbirləri həyata keçirilib, “Asan İmza” sertifikatlarının kütləvi şəkildə verilməsi təmin edilib.

“Asan İmza” sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2013-cü ilin iyul ayında alınmış sertifikatların etibarlıq müddəti 2016-cı ilin iyul ayında bitdiyindən, yeni “Asan İmza” sertifikatı almaq üçün ASAN xidmət mərkəzlərinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək lazımdır.