Müəllim işləmək istəyənlərə xəbər var

muellim-islemek-isteyenlere-xeber-var
Oxunma sayı: 640

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, vakant yerlərə avqustun 8-11-də Azərbaycan dili və ədəbiyyat muəllimlərinin işə qəbulu üzrə imtahanlarda iştirak edərək keçid balını toplayan namizədlər ərizə verə bilərlər.

Bakı şəhərindəki orta məktəblərdə olan vakant yerlərə keçid balı 28-dən, digər vakant yerlərə isə keçid balı 21-dən yuxarı olan namizədlər ərizə verə bilərlər.

Namizədlər sentyabrın 2-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət edə bilərlər.