Müəllim olmaq dəbdədir

muellim-olmaq-debdedir
Oxunma sayı: 1867

Elm və Təhsil Nazirliyi 5 oktyabr Beynəlxalq Müəllimlər Günündə yüksək balla müəllimlik ixtisasını seçən abituriyentlərlə bağlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, paylaşımda son 5 ildə 500-dən yüksək bal toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayının artdığı qeyd olunub. 

Belə ki, 2018-ci ildə 845 abituriyent müəllim olmağı seçib. 2019-cu ildə bu rəqəm 1097, 2020-ci ildə 902, 2021-ci ildə 916, 2022-ci ildə 1276 nəfər olub.