Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - Video

muellim-onlayn-musahibeye-qatilmaq-ucun-dagin-basina-cixdi
Oxunma sayı: 5154

Koronavirus pandemiyasına görə mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçirilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili onlayn müsahibəyə qatıla bilmək üçün dağın başına çıxıb.

Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşıb.

Müəllim T.Zəkili bildirib ki, onun olduğu kənddə operator dalğalarının zəif olmasına görə dağın başına çıxaraq Lerik rayonunun həmsərhəd olan kəndinə gəlib və oradan onlayn müsahibəyə qoşulub.