Müəllimi güllələyən tutuldu- - Keçmiş arvadının əri...

muellimi-gulleleyen-tutuldu-
Oxunma sayı: 2342


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 15-də saat 22:50 radələrində, Şüvəlan qəsəbəsi Gənc Kosmanavt düşərgəsində məskunlaşmış Laçın rayon sakini  Bəxtiyar Hüseynov yaşadığı evin qarşısında güllələnib.

Hadisəni törədən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov tutulub. O bildirib ki, B.Hüseynovun keçmiş arvadı ilə evlənib. G.Hüseynov isə onun indiki, özünün keçmiş arvadı haqda qəsəbədə nalayiq ifadələr işlədir. Elnur Xıdırov hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı tək lülə ov tüfəngini könüllü təhvil verib.

Hadisə ilə bağlı daha bir nəfər, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev saxlanılıb.

Murad Əhməd