Müəllimlər and içəcək

muellimler-and-icecek
Oxunma sayı: 2857


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, andın mətni belə olacaq. "Azərbaycan Respublikası Konstitusiyasına va qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacagıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər va digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracagıma, müəllim adını və şərəfini uca tutacagıma and icirəm". 

İlk növbədə andiçmə yeni işə qəbul olan müəllimlərə şamil ediləcək. Daha sonra isə respublikanın bütün təhsil ocaqlarında hazırda çalışan müəllimlər and içəcək.

Təhsil Nazirliyində hesab edirlər ki, bu yenilik təhsil sahəsində müsbətə doğru dəyişikliklərin baş verməsinə səbəb olacaq. 

İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyir ki, "Bu müəllimə qarşı etimadın inamın artmasında rol oynacaq. Bununla yanaşı müəllimin özünün məsuliyyətinin qanun qarşısında artıracaq. Bu tək etik davranış üçün deyil, həmçinin müəllimlərin maddiyyat məsələlərinn tənzimlənməsinə gətirib çıxaracaq". 

Hər zaman təhsil sistemini təhlil edən və yeri gələndə çatışmazlıqları tənqid edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə müəllimlərin andiçməsinə münasibətini bildirdi: "Mənə belə gəlir ki, bu, müəllimlərin məsuliyyətini artıracaq". 

Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki, müəllimlik işi elə vətənə, dövlətə,cəmiyyətin formalaşdırılmasına xidmət deməkdir. Bunun üçün anda gərək yoxdur.

Təhsil Şurasının Sədri Əjdər Ağayev vurğulayır ki, "Gör indi yalan nə qədər artıbsa anda ehtiyac yaranıb. İnsanın öz vicdanı daxili aləmi bunu tənzimləməlidir. Anda nə ehtiyac var". Bəlkə də bu anda müsbətə doğru dəyişikliyə səbəb olacaq. Həkimlər də and içir, məgər onlar hamısı o anda sadiq qalır".

Bir dəfə keçiriləcək andiçmənin şifahi şəkildə deyilmiş mətni yazılı olaraq müəllim tərəfindən imzalanmaqla onun şəxsi işində saxlanılacaq.