Müəllimlər TQDK sədrinə şikayətləndi

muellimler-tqdk-sedrine-sikayetlendi
Oxunma sayı: 1065


“Qafqazinfo”nun məlumatına görə, qəbuldan sonra jurnalistlrə açıqlama verən M.Abbaszadə deyib ki, qəbula gələnlər arasında orta məktəb müəllimləri üstünlük təşkil edib: “Onların müraciətləri əsasən rayonlarda sınaq imtahanlarının sayının artırılması, dərsliklərdə olan problemlər, apardığımız elmi-metodik seminarlara qatılmaq üçün imkan yaradılması və digər məsələlərlə bağlı olub. Bilirsiniz ki, bu bölgədə - Şəki şəhərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) regional bölməsi fəaliyyət göstərir. Bizə ünvanlanan müraciətlərlə bağlı bölmənin rəhbərliyinə göstəriş verdik ki, elmi-metodiki seminarlar, başqa tədbirlər yalnız Şəkidə deyil, bölgənin digər rayonlarında da keçirilsin, rayon müəllimlərinin bu proseslərə daha çox qoşulmaq imkan olsun. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, müəllimlər üçün internet vasitəsilə apardığımız seminarlara qoşulmaq imkanı yaratmışıq. Seminarların nəticələri TQDK-nın rəsmi saytında da yerləşdirilir”.