“Qafqazinfo”nun məlumatına görə, növbəti treninq Nəsimi rayon məktəblərindən, həmçinin Bakı şəhəri ərazisində müvəqqəti yerləşən Şuşa, Laçın və Zəngilan məktəblərindən təyin olunmuş zal nəzarətçiləri üçün keçirilib.
Təlim zamanı zal nəzarətçisinin hüquq və vəzifələri, davranış qaydaları, imtahan prosesi və digər zəruri məsələlər müəllimlərin diqqətinə çatdırılıb. Eyni zamanda, real imtahanda tətbiq edilən sənədlərdən istifadə olunub, Komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film göstərilib.
Son xəbərlər
Son Xəbərlər