Müəllimlərə ödənilən kirayə haqqının məbləği 50 faizdən çox artırılır

Müəllimlərə ödənilən kirayə haqqının məbləği 50 faizdən çox artırılır
Oxunma sayı: 2858

Azərbaycanda kənd məktəblərində çalışan gənc müəllimlərə ödənilən kirayə haqqı artırılır.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 20 min nəfərədək gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 60 manatdan 90 manata (50 faiz çox) çatdırılacaqdır.

Günel Türksoy