Müəllimlərin davası ilə bağlı- - Rəsmi açıqlama

muellimlerin-davasi-ile-bagli-
Oxunma sayı: 2284


“154 nömrəli məktəbin direktoru kimi yayılan məlumatla bağlı bildirirəm ki, Quliyev Yaşar  həqiqətən də 2005-ci ildən 154 saylı məktəbin tarix müəllimidir. Haqqında məlumat gedən xanım Müəllimə Yusifova isə rəhbərlik etdiyim məktəbdə müəllimə kimi fəaliyyət göstərmir. Quliyev Yaşar işlədiyi  müddətdə özünü savadlı və  bacarıqlı müəllim kimi göstərib və məktəbdə tədris prosesi normal şəraitdə davam edir. Məsələyə hüquqi qiymət verildikdən sonra baxıla bilər”.

Qeyd edək ki, bu barədə milli.az saytında məlumat yayımlanıb. Məlumatda bildirlir ki, Suraxanı rayonundakı orta məktəbin müəllimi tərəfindən döyülən 69 yaşlı xanım Müəllimə Yusifova müraciət edib: “45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbdə tarix müəllimi işləyir. Xəsarətdən sonra səhhətimdə ciddi xəstəliklər yaranıb”. 

Günel Türksoy