"Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, əmrdə qeyd olunur ki, “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilsin.
Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət növündən asılı olmayaraq bütün tipdən və növdən olan təhsil müəssisələrinin rəhbərləri müəllimlərin bu qaydalarla tanış olmasını və qaydalara riayət olunmasını təmin etsinlər.
İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin, “Müəllimlərin etik davranış qaydaları”nın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.
Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilsin.
Müəllimlərin etik davranış qaydaları ilə buradan tanış ola bilərsiniz: