“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, Sınaq qiymətləndirilməsində iştirak edən müəllimlərin rahatlığının təmin edilməsi üçün seçilmiş mərkəzlərdə hər cür şərait yaradılıb.
Bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt müəllimlərinin sınaq qiymətləndirilməsi aparılır. İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, coğrafiya, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin bilik və bacarıqları yoxlanılacaq.
İmtahanlar Bakı şəhərində 4 zona üzrə məktəblərdə, 2 növbədə(10:00 - 12:00, 15:00 - 17:00) keçiriləcək. Bu məqsədlə 30 mərkəz müəyyən edilib.
Sınaq qiymətləndirilmədə Bakı şəhəri üzrə ümumilikdə 357 məktəbin 30070 müəlliminin iştirakı gözlənilir.
Sınaq qiymətləndirilməsi Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimlərini əhatə etməklə 10-13 iyun 2014-cü il tarixlərində keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər