Azərbaycan Respublikası Təhsil Şurasının elmi-metodiki qərarı ilə çap edilən vəsaitin müəllifləri Bakının Sabuncu rayonunun 230 saylı orta məktəbinin direktoru Elşən Qafarov və tədris üzrə direktor müavini Ləman Babayevadır.
“Qafqazinfo”nun məlumatına görə, E.Qafarov Trend-ə bildirib ki, bu vəsaitə müəllimlərin sınaq qiymətləndirilməsinə hazırlıqla bağlı 750 test daxil edilib. Vəsaitdə kurrikulum nəzəriyyəsi də sadə formada izah edilib.
Kitabda müəllimlərə metodiki baxımdan çətin hesab edilən məsələlərə aydınlıq gətirilib.
Hazırda “Həmkara dəstək” adlı ikinci vəsaitin hazırlanması üçün işlər aparılır.
Son xəbərlər
Son Xəbərlər