“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam Marafonu” başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Muğam Marafonu iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında saat 12-dən başlayaraq sabah, yəni iyunun 25-i saat 12-yədək davam edəcək.
24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək. Muğam Marafonunda xanəndələrlə yanaşı bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün 1 gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.












Son xəbərlər
Son Xəbərlər