“Qafqazinfo” publika.az-a istinadən xəbər verir ki, Arif Babayev açıqlamasında belə bir tələbəsinin olmadığını söyləyib: “Mənim elə bir tələbəm olmayıb. Amma o qadın xatirimdədir. O vaxt hərdənbir mənim sinfimə gəlib-gedirdi. Lakin dediyim kimi, tələbəm deyil”.
Sənətkar M.Tahirqızının “ən geniş səs diapazonuna malik olmağı” barədə fikirlərini isə təbəssümlə qarşılayıb: “Hərə bir söz deyir. O da belə deyir də. Heç nə olmaz”.
Qeyd edək ki, M.Tahirqızı sosial şəbəkədəki paylaşımlarında Arif Babayevin tələbəsi olmaqla yanaşı, dünyada ən geniş səs diapazonuna malik olduğunu bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər