“Muğanbank” ASC-də “Lombard” krediti

muganbank-asc-de-lombard-krediti
Oxunma sayı: 1041

Artıq “Muğanbank”da “Lombard” kreditləri daha sərfəlidir. Siz bu kreditləri 3 ay güzəşt müddəti olmaqla, illik 24% dən başlayaraq, 36 ay müddətinə əldə edə bilərsiniz. Kreditin minimal məbləği 300 AZN təşkil edir.

Qeyd edək ki, Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Bankın ölkə ərazisində 29 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. Bank ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.