“Muğanbank” ASC sosial məsuliyyət çərçivəsində, qlobal pandemiyaya çevrilmiş təhlükəli koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə istiqamətində prezident İlham Əliyevin müvafiq qərarı ilə həyata keçirdiyi qabaqlayıcı tədbirləri nəzərə alaraq 30 Aprel tarixində nəzərdə tutulan “Muğanbank Çek”-in 33-cü tirajının vaxtının təxirə salınması haqqında qərar qəbul edib. Belə ki, tiraj 15 May 2020-ci il tarixdə keçiriləcək.
“Qafqazinfo” xəbər veri ki, “Muğanbank Çek” Muğanbank ASC-nin məhsuludur. İldə 8 dəfə, hər 45 gündən bir tiraj keçirilir, tirajda dövriyyədə olan bütün çeklər iştirak edir və hər bir çekin 100 AZN-dən 10.000 AZN-dək (100 AZN, 250 AZN, 500 AZN, 1 000 AZN, 2 500 AZN, 5 000 AZN, 10 000 AZN) uduş şansı var. Hər bir çekin nominal dəyəri 50 AZN-dir. Çeklərin alışı zamanı tiraj günündən sonrakı ilk 15 günlük aralıqda komissiya 1% (yəni 50 qəp), ikinci 15 gün ərzində 2% (yəni 1 manat), üçüncü 15 gün ərzində isə 3% (yəni 1.5 manat)-dir. “Muğanbank Çek“i Muğanbank ASC-nin baş ofis, istənilən filial və şöbələrindən əldə edə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər