Muğanbank yeni MasterCard World Elite PayPass premium kartlarının satışına start verib.
"Qafqazinfo" xəbər verir ki, MC World Elite PayPass premium kart sahibləri dünyanın istənilən ölkəsində rahat, maneəsiz, limitsiz olaraq nağd və nağdsız ödənişlər həyata keçirə və premium kartının üstünlüklərindən, endirimlərdən yararlana bilərlər. MC World Elite Pay Pass kart sahibləri bütün VİP xidmətlərlə yanaşı Lounge Key, MC Concierge ve səfər zamanı sığorta xidmətlərindən istifadə etmək imkanı əldə edirlər.
Bundan əlavə, hansı ölkədə olmasından asılı olmayaraq, kart sahibi kartın BİN-ni söyləməklə (kartın ilk 6 rəqəmi) 24/7 xidmət göstərən +7 499 270 35 00 müştəri xidmətlərinə və email vasitəsilə [email protected] ünvanına müraciət edərək beynəlxalq dəstək, endirimlər və kart barədə məlumat, səhiyyə və hüquqi məsləhətlər, sığorta barədə məlumatları ala bilərlər.
MC World Elite PayPass kart sahibləri üçün Moskva, Kiyev, Vyana, Praqa, Budapeşt, Buxarest, Tbilisi və Batumi beynalxalq hava limanlarında Lounge Key xidmətindən istifadə etmək pulsuzdur. Əlavə olaraq qeyd edək ki, MC World Elite Pay Pass premium kart sahibləri səfər zamanı AXA MBASX sığorta şirkəti tərəfindən sığortalanırlar.
Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Son xəbərlər
Son Xəbərlər