“Muğanbank” ASC-də yeni təyinat olub. 05.02.2021-ci il tarixdən etibarən Mir-Əvəz Məmmədov Rafiz oğlu Marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib. Mir-Əvəz Məmmədov bundan əvvəl Marketinq departamentinin direktor vəzifəsinin müvəqqəti icraçısı kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Mir-Əvəz Məmmədov "Muğanbank" ASC-də 2013-cü ildən işləyir.
Xatırladaq ki, Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Bankın ölkə ərazisində 29 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. Bank ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Son xəbərlər
Son Xəbərlər