“Muğanbank”dan Qarabağ veteranlarına və şəhid ailələrinə kömək - R

muganbankdan-qarabag-veteranlarina-ve-sehid-ailelerine-komek
Oxunma sayı: 2737

“Muğanbank” ASC –nin müvafiq qərarına əsasən, 2016 –cı il aprelin 2-nə keçən gecədən 04 aprelə kimi bütün cəbhə boyu Azərbaycan ordusunun mövqelərinin və yaşayış məntəqələrinin düşmən tərəfindən intensiv atəşə məruz qalması nəticəsində qəhramanlıqla həlak olmuş hərbiçilər və mülki şəxslərin ailələrinə kömək məqsədilə Muğanbankda olan kredit borcları bank tərəfindən tam olaraq bağlanıb.

Digər qərarla 9 May - “Qələbə Günü” münasibətilə I Qarabağ Müharibəsində döyüşərək müharibə veteranı statusu almış şəxslərə və Qarabağda şəhid olmuş vətəndaşların ailələrinin adına olan kreditlərdə güzəştlər edilib.

Ümumilikdə, bu xeyriyyə aksiyası çərçivəsində 470 nəfər kredit borcu olan vətəndaşlara güzəştlər edilib.”Muğanbank” ASC daima müxtəlif xeyriyyə aksiyalarını həyata keçirir və gələcəkdə də bu ənənəni davam etdirəcək.

“Muğanbank” ASC Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan, yüksək şəhidlik zirvəsinə ucalan bütün şəhidlərə Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyir. Ruhları şad olsun!