“Muğanbank”dan Türkiyəyə dəstək!

muganbankdan-turkiyeye-destek
Oxunma sayı: 1537

İyulun 28-də Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrinə yayılıb. Bunun nəticəsində qardaş ölkənin meşə fonduna ciddi zərər dəyib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyədə baş vermiş yanğın nəticəsində məhv olan yaşıllığın yenidən bərpası üçün Azərbaycan Banklar Assosiasiyası tərəfindən köməklik məqsədilə yaradılmış xeyirxah təşəbbüsə “Muğanbank” da qoşulub. Belə ki, “Muğanbank”da çalışan hər bir əməkdaş adından meşə fondunun yenidən dirçəlməsi üçün 5 fidan göndəriləcək. Bank icması olaraq hər zaman Türk xalqının yanındayıq və ümid edirik ki, zərər görmüş Türkiyə təbiəti qısa müddət ərzində yenidən yaşıllığa bürünəcək.

Biz hər zaman sizinləyik, Türkiyə!