”Muğanbank”dan yeni tariflər

muganbankdan-yeni-tarifler
Oxunma sayı: 1455

“Muğanbank”‬ ASC ‪1 iyun 2020-ci il ‬tarixindən etibarən manatla olan yeni tarifləri təqdim edir.

“Qafqazinfo”‬nun məlumatına görə, müştərilər banka minimum məbləğ 1000 AZN olmaqla, 12 ay müddətinə illik 10.0 faiz dərəcəsi ilə “Avans”‬, minimum məbləği 1000 AZN olmaqla, 12 ay müddətinə illik 12.0 və 11.0 faiz dərəcəsi ilə “Meqa”‬, minimum məbləğ 500 AZN olmaqla, 6 və 3 ay müddətinə 8.0 və 6.0 faiz dərəcəsi ilə “Qısa müddətli”‬, minimum məbləği 500 AZN olmaqla, 1 aydan çox müddətinə illik 4.0 faiz dərəcəsi ilə “Tələbli”‬ əmanəti yerləşdirə bilərlər. Müştərilərə yerləşdirdikləri “Avans" əmanətləri üzrə faizlər müddətin əvvəlində, “Qısa müddətli”‬ və “Tələbli”‬ əmanətləri üzrə faizlər aylıq, “Meqa”‬ əmanətdə isə müddətin sonunda və aylıq olaraq ödəniləcək.

Əmanət şərtləri haqqında daha ətraflı məlumatla bankın rəsmi internet səhifəsində (‪www.muganbank.az‬) tanış olmaq olar.

‬‬‬‬‬‬Nəzərinizə çatdırmaq istəyirik ki, “Muğanbank”‬da yerləşdirdiyiniz əmanətlər ADİF(Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) tərəfindən sığortalanır.‬‬‬‬‬‬‬‬‬‬