“Muğanbank”ın nizamnamə kapitalı 75 milyona çatıb

muganbankin-nizamname-kapitali-75-milyona-catib
Oxunma sayı: 800

“Muğanbank” ASC-nin nizamnamə kapitalı 75 milyon AZN-ə çatıb.

Bankdan "Qafqazinfo"ya verilən məlumata görə, “Muğanbank” ASC-nin 01 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən AZ1001005466 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ümumi məbləği 10 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsi tam başa çatıb.  

Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 75 milyon AZN-ə çatıb.