Muğanlıda sürüşmə dayanmır

muganlida-surusme-dayanmir-
Oxunma sayı: 646

Bu barədə fəlakət bölgəsində olan əməkdaşımız Fərahim İlqaroğlu xəbər verib.

Muğanlıya ezam olunmuş reportyorumuzun verdiyi məlumata görə, dağılmış, torpağa gömülmüş evlərin naçar qalmış sakinləri evakuasiya edilib, ancaq onlara xüsusi yer ayrılmayıb: "İnsanları məktəbə yerləşdirmək istəyiblər, ancaq məktəb də qəzalı duruma düşüb. 50-dən artıq evin adamlarına hələlik qohum-əqrəbalarının evinə sığınmağı məsləhət görüblər. Bu gün onlar üçün çadır düşərgəsi qurulacaqmış, ancaq qar yağdığından, soyuğa görə, bu, mümkün olmayıb. Hazırda qar sürüşmə yerlərinin üstünü örtüb, ona görə də sürüşmənin miqyasını müəyyən etmək çətindir. Rəsmilərin dediyinə görə, artıq bir neçə evində uçmaq təhlükəsi yaranıb. Bir sözlə, torpaq axıb gedir, dayanmır".

musavat.com